Niderlandın Baş naziri: Rusiya müharibəni davam etdirmək qərarı verir
Niderlandın Baş naziri Rob Yetten Rusiyanı Ukraynaya qarşı müharibəni davam etdirməkdə ittiham edib və Moskvanın məsuliyyət daşımalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Niderland hökuməti Yettenin BMT Baş Assambleyasındakı çıxışını yayıb.
Yetten çıxışında Ukraynanın özünü müdafiə etməkdən başqa seçiminin olmadığını deyib. O, Rusiyanın BMT Nizamnaməsinin pozulmasına və müharibənin yaratdığı ağır nəticələrə görə məsuliyyət daşımalı olduğunu bildirib.
22:40 25.09.2026
Oxunuş sayı: 35