Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərini birləşdirə bilər
Azərbaycan, Qazaxıstan və Özbəkistan elektrik enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırır.
Crossmedia.az xəbər verir ki, “Green Corridor Alliance” şirkətinin baş direktoru Tural Əliyev bu barədə məlumat verib.
O, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib ki, uzunmüddətli perspektivdə ölkələr “yaşıl” elektrik enerjisini qonşu dövlətlərə və Avropa bazarına ixrac etməyi planlaşdırırlar.
Hazırda üç ölkənin enerji sistemlərinin inteqrasiyası ilə bağlı imkanlar öyrənilir.
21:52 25.09.2026
Oxunuş sayı: 39