Azərbaycan qazının Ermənistana nəqli ilə bağlı Rusiyadan açıqlama
Rusiya Azərbaycan qazının Ermənistana mümkün nəqli üçün yeni qaz kəmərinin inşasının zəruri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bu barədə açıqlama verib.
Şevtsovun sözlərinə görə, Azərbaycan qazının Ermənistana nəqli üçün yeni qaz kəmərinin çəkilməsi və uzunmüddətli müqavilələrin bağlanması tələb olunur.
O bildirib ki, belə bir infrastruktur layihəsi yalnız uzunmüddətli müqavilələr və sabit tələbat olduğu halda əsaslandırıla bilər.
21:40 25.09.2026
Oxunuş sayı: 41