Ermənistan əhalisi Rusiya hərbi bazasının qalmasını dəstəkləyib
Ermənistanda respondentlərin 64,4 faizi Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmasını dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, “Gallup International”ın keçirdiyi sorğuda bu barədə məlumat verilib.
Respondentlərin 39,7 faizi bazanın ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olduğunu bildirib. Daha 24,7 faiz isə bazanın Ermənistanda qalmasını, lakin yerləşdirilmə şərtlərinin yenidən nəzərdən keçirilməsini istəyib.
Sorğuda iştirak edənlərin 28 faizi Rusiyanın hərbi bazanı Ermənistandan çıxarmalı olduğunu deyib, 6,8 faiz isə suala cavab verməkdə çətinlik çəkib.
22:02 25.09.2026
Oxunuş sayı: 39