Bakıda 9 MARŞRUTUN HƏRƏKƏTİ DƏYİŞDİ
Bakının Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Crossmedia.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.
17:22 10.08.2026
Oxunuş sayı: 36