Bakıda yeni metro stansiyasının adı məlum oldu
Bakıda yeni metro stansiyasına “20 Sentyabr” adı verilib.
Crossmedia.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Qərara əsasən, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiya “20 Sentyabr” adlandırılıb.
Stansiyanın adının seçilməsi 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə əlaqələndirilir. Qərar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında qəbul edilib.
Sənədlə Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
17:50 04.09.2026
Oxunuş sayı: 52