İran: Hörmüz boğazının açılması ABŞ blokadasından asılıdır
İran Hörmüz boğazının açılmasının ABŞ-nin dəniz blokadasına son qoymasından asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə açıqlama verib.
Onun sözlərinə görə, İran və Oman arasında aparılan danışıqlar beynəlxalq gəmiçilik üçün təhlükəsiz marşrutun müəyyənləşdirilməsinə yönəlib.
Bəqai bildirib ki, boğazın açılması ABŞ-nin düşmənçilik fəaliyyətlərini dayandırmasından, dəniz blokadasını aradan qaldırmasından və dəymiş zərərin kompensasiya edilməsindən asılıdır.
O, ABŞ tərəfindən dəniz blokadasının davam etdirilməsini “təcavüz aktı” kimi qiymətləndirib
17:50 10.08.2026
Oxunuş sayı: 44