İran rəsmiləri Pakistana səfər edəcək
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə Tehranda keçirilən mətbuat konfransında məlumat verib.
Bəqai bildirib ki, İran rəsmiləri Pakistana dəvət olunublar və səfər uyğun şərait yarandıqda baş tutacaq.
Onun sözlərinə görə, səfər zamanı əsas diqqət iki ölkə arasındakı münasibətlərə yönəldiləcək.
Bəqai həmçinin son 10 gün ərzində İranın bir neçə nazirinin Pakistana səfər etdiyini bildirib.
17:40 10.08.2026
Oxunuş sayı: 38