SEPAH: İran raketləri uçuş zamanı istiqamətini dəyişə bilir
İran raketlərinin uçuş zamanı istiqaməti dəyişməyə imkan verən yeni idarəetmə sistemləri ilə təchiz edildiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, SEPAH nümayəndəsi Hüseyn Mohbi bu barədə İran mediasına açıqlama verib.
Onun sözlərinə görə, İran raketləri yeni tuşlama sistemləri və uçuş zamanı kursu korrektə etmək imkanına malikdir.
Mohbi son müharibənin yeni texnologiyaların tətbiqi baxımından “müstəsna təcrübə” olduğunu bildirib.
O, ABŞ-nin ən yeni texnologiyalarını döyüş meydanına gətirməsinə baxmayaraq, uğursuzluğa düçar olduğunu iddia edib.
17:32 10.08.2026
Oxunuş sayı: 46