Tehran Kiyevdən zərərin ödənilməsini tələb edir
İran Ukraynadan Xəzər dənizində gəmiyə hücum nəticəsində dəymiş zərərin könüllü şəkildə ödənilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə "Fars"a açıqlama verib.
Bəqai bildirib ki, Tehran Ukrayna tərəfinin hadisənin qəsdən baş vermədiyi barədə açıqlamalarını inandırıcı hesab etmir.
Onun sözlərinə görə, Ukrayna dəymiş zərəri ödəməsə, İran bunun təmin olunması üçün özü tədbir görəcək.
17:39 10.08.2026
Oxunuş sayı: 37