Bolqarıstanda hərbi zavodda partlayış: 300 işçi təxliyə edildi
Bolqarıstanın Ukrayna Silahlı Qüvvələrinə sursat tədarük edən ən böyük zavodlarından birində partlayış baş verib və yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində 300 işçi təxliyə edilib.
Partlayışdan sonra zavod ərazisində yanğın baş verib. Hadisənin səbəbləri və mümkün xəsarət alanlarla bağlı əlavə məlumat açıqlanmayıb.
Zavodun Ukrayna Silahlı Qüvvələri üçün sursat tədarük etdiyi bildirilir.
16:35 10.08.2026
Oxunuş sayı: 48