İran ABŞ-dən Hörmüz boğazında yeni qaydaları qəbul etməyi tələb edir
İran ABŞ-dən Hörmüz boğazında gəmiçiliyin Tehran tərəfindən müəyyən edilən şərtlərlə həyata keçirilməsini nəzərdə tutan yeni regional nizamı qəbul etməyi tələb edib.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin sədr müavini Əli Nikzad bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Hörmüz boğazının fəaliyyətinin bərpasının hərbi həlli yoxdur. Nikzad bildirib ki, gəmilər İran Silahlı Qüvvələrinin müəyyən etdiyi marşrut üzrə və Tehran tərəfindən müəyyənləşdirilən şərtlərə əməl etməklə hərəkət edə biləcəklər.
Nikzad həmçinin bildirib ki, İran müharibə zamanı Vaşinqtonu Hörmüz boğazının müharibədən əvvəlki vəziyyətə qayıtmayacağına inandırmağa çalışıb.
17:32 10.08.2026
Oxunuş sayı: 38