Ermənistanda müxalifət nümayəndəsi vitse-spiker seçilib
“Güclü Ermənistan” müxalifət fraksiyasının deputatı Aram Vardevanyan Ermənistan Milli Assambleyasının üçüncü vitse-spikeri seçilib.
Crossmedia.az xəbər verir ki, Ermənistan Milli Assambleyası bu barədə məlumat yayıb.
Vardevanyanın namizədliyini 53 deputat dəstəkləyib. Onların arasında hakim “Vətəndaş müqaviləsi” partiyasının bəzi nümayəndələri də olub. Namizədliyə qarşı səs verən olmayıb.
Ötən həftə hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri Ayq Kondjoryan və Vaahn Aleksanyan parlamentin vitse-spikerləri seçiliblər.
Bundan əvvəl hakim partiyanın üzvü Ruben Rubinyan parlamentin spikeri seçilib.
17:46 10.08.2026
Oxunuş sayı: 36