Livan və İsrail arasında danışıqlar dalana dirənib
Livan və İsrail arasında Romada keçirilən danışıqların yeddinci raundu razılaşma əldə olunmadan başa çatıb.
Crossmedia.az xəbər verir ki, Livanın “Al-Akhbar” qəzeti bu barədə məlumat yayıb.
Livan nümayəndə heyəti səkkizinci raundun keçirilməsi üçün razılaşdırılmış tarix müəyyənləşdirilmədən Beyruta qayıdıb.
Tərəflər arasında əsas fikir ayrılıqlarından biri həlak olanların cəsədlərinin və Livan vətəndaşı olan məhbusların dəyişdirilməsi məsələsi olub. İsrail tərəfi onların qaytarılması ilə bağlı fərqli yanaşmalar irəli sürüb.
Bundan başqa, Livan nümayəndə heyətinin daxilində siyasi və hərbi nümayəndələr arasında fikir ayrılıqları yaranıb. Bu səbəbdən danışıqlarda irəliləyiş əldə olunmayıb və prosesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
17:52 10.08.2026
Oxunuş sayı: 45