Azərbaycanda tranzit daşımaları rekord həddə çatıb
Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyi güclənir. 2026-cı ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 9,1 milyon tonu ötüb. Bu, son beş ilin ən yüksək göstəricisidir.
Crossmedia.az xəbər verir ki, APA-ya istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən bildirir ki, tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.
Məlumata görə, tranzit yük daşımaları Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub dəhlizi üzrə isə 14,3 faiz yüksəlib. Göstəricilərin artması nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə əlaqələndirilir.
17:06 10.08.2026
Oxunuş sayı: 34