Si Cinpin Trampla görüşündə bu taktikadan istifadə edib
Çin Respublikasının lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüş zamanı açıq və mehriban üslub nümayiş etdirməklə yanaşı, Pekinin maraqlarını irəli sürməyə çalışdığı iddia edilib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Si Cinpin görüş zamanı gülümsəyib, Trampla isti ünsiyyət qurub və ona komplimentlər edib. Bununla belə, qəzet bu davranışın arxasında daha hesablanmış yanaşmanın olduğunu qeyd edib.
“The New York Times” hesab edir ki, Si Cinpinin diqqətlə seçdiyi ifadələr və görüş zamanı nümayiş etdirdiyi yanaşma Tayvan, Yaponiya və Asiyada ümumi təhlükəsizlik sistemi ilə bağlı məsələlərdə Trampın Pekinin mövqeyinə yaxınlaşmasına yönəlmiş ola bilər.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşavir müavini Mett Pottinger isə Si Cinpinin əsas məqsədinin dərhal böyük razılaşma əldə etməkdən çox, ABŞ-nin mövqeyinə təsir imkanlarını müəyyənləşdirmək olduğunu ehtimal edib.
Nəşr görüşün zahirən böyük nəticələr vermədiyini yazsa da, hər iki lider danışıqlardan razı qaldıqlarını açıqlayıb. Tramp görüşü məhsuldar adlandıraraq gələcəkdə bu istiqamətdə mühüm nəticələrin əldə olunacağını bildirib. Çin XİN-in məlumatına görə, görüşdə ticarət, süni intellekt, Tayvan məsələsi, Yaxın Şərq, Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyət də müzakirə olunub.
20:15 26.09.2026
Oxunuş sayı: 44