Dişlərinizi sıxırsınızsa, təhlükə ilə üz-üzə ola bilərsiniz
Stress zamanı dişləri qeyri-ixtiyari sıxmaq, çənələri gərgin saxlamaq və sərt əşyaları dişləmək diş minasının zədələnməsinə, mik çatların yaranmasına, hətta dişlərin və köklərinin sınmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, mütəxəssislər bu cür vərdişlərin dişlərə təkrarlanan təzyiq göstərdiyini və zamanla ciddi zədələrə yol aça biləcəyini bildirirlər.
Mütəxəssislərin fikrincə, xüsusilə bruksizmdən – dişlərin qeyri-ixtiyari sıxılması və ya qıcırdılmasından əziyyət çəkən insanlar gizli çatlar və sınıqlar baxımından risk qrupuna daxildir. Davamlı sıxılma nəticəsində diş minası və dentin təkrar yüklənməyə məruz qalır, bu isə mikrozədələrin toplanmasına gətirib çıxara bilər.
Stress zamanı qələm, dırnaq və digər sərt əşyaları dişləmək də təhlükəlidir. Belə hallarda təzyiq dişin müəyyən bir hissəsinə yönəlir və həmin nahiyədə zədələnmə riski artır. Hətta çənələrin qəfil və güclü şəkildə bir-birinə sıxılması da dişlərə zərər verə bilər.
Mütəxəssislər dişləri qorumaq üçün stressin idarə olunmasını, zərərli vərdişlərə nəzarət edilməsini və fiziki aktivlik zamanı qoruyucu vasitələrdən istifadəni tövsiyə edirlər. Davamlı çənə gərginliyi müşahidə olunduqda isə stomatoloqa müraciət etmək vacibdir.
Dişlərin zədələnməsi gecə saatlarında da baş verə bilər. Yuxuda diş qıcırdatmaq, səhərlər çənələri sıxılmış vəziyyətdə hiss etmək, yuxu zamanı plomb və ya diş qırılması gecə qoruyucu kapadan istifadə ehtiyacına işarə edə bilər. Belə əlamətlər olduqda stomatoloq müayinəsindən keçmək tövsiyə olunur.
19:13 10.11.2026
Oxunuş sayı: 51