ABŞ-də oktyabr inflyasiyası ilə bağlı gözlənti açıqlanıb
ABŞ-də 2026-cı ilin oktyabr ayı üzrə istehlak qiymətləri indeksinin (CPI) aylıq müqayisədə 0,3 faiz artacağı proqnozlaşdırılır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, inflyasiya göstəricisi açıqlanmadan əvvəl qlobal bazarların diqqəti ABŞ-nin yeni iqtisadi statistikasına yönəlib.
ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, oktyabr ayı üzrə inflyasiya hesabatının noyabrın 10-da, Bakı vaxtı ilə saat 17:30-da açıqlanması planlaşdırılır. Buna görə də hazırda 0,3 faiz göstəricisi faktiki nəticə deyil, iqtisadçıların proqnozudur.
17:36 10.11.2026
Oxunuş sayı: 80