Merts: Rusiya hələ də yalnız güc dilini anlayır
Almaniya kansleri Fridrix Merts Avropa ölkələrini Rusiya ilə danışıqlarda vahid mövqe tutmağa, Moskvaya təzyiq göstərməyə və Ukraynaya uzunmüddətli dəstəyi davam etdirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Merts bu barədə açıqlama verib.
O bildirib ki, Rusiya hələ də yalnız güc dilini anlayır. Buna görə də Avropa ölkələri danışıqlarda, Rusiyaya təzyiq göstərilməsində və Ukraynaya uzunmüddətli dəstək məsələsində birlik nümayiş etdirməlidir.
Merz əlavə edib ki, bu dəstək Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı aydın perspektivin təmin edilməsini də əhatə edir.
17:51 10.11.2026
Oxunuş sayı: 74