İspaniyada partlayış: Bir polis əməkdaşı həlak olub
İspaniyanın şimalındakı Asturiya bölgəsinin Oviedo şəhərində şübhəli çantanın partlaması nəticəsində bir polis əməkdaşı həlak olub, digəri isə ağır yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə noyabrın 10-da polis əməkdaşlarının şübhəli çantanı yaşayış binasından çıxararaq yoxlamağa çalışdığı zaman baş verib. Partlayışdan əvvəl ərazidə qonşular arasında mübahisə və atışma olduğu, polis əməkdaşlarının da bununla bağlı hadisə yerinə gəldiyi bildirilir.
Məlumata görə, həlak olan polis xüsusi kinoloji bölmənin əməkdaşı olub. Ağır yaralanan digər polis isə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış bölmədə xidmət edir. Hadisə ilə bağlı araşdırma aparılır.
17:09 10.11.2026
Oxunuş sayı: 85