İran yeni yeraltı raket şəhərini istifadəyə verdi
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni yeraltı raket şəhəri istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Açılış mərasimi çərçivəsində obyektə baxış keçirilib. İran Baş Qərargahının rəisi Əli Abdullahi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi kompleksin döyüş hazırlığını yoxlayıblar.
Mərasimdə çıxış edən SEPAH nümayəndəsi Hüseyn Möhibi isə Tehranın ballistik raketlərinin mənzil məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib.
18:54 10.11.2026
Oxunuş sayı: 57