İtaliyanın Siena şəhərində Zəfər Günü qeyd olunub
Noyabrın 8-də İtaliyanın Siena şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Siena Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə baş tutub.
Çıxışlar zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən əvvəlki və sonrakı inkişaf mərhələləri, ölkəmizin tarixi, zəngin təbiəti və mədəniyyəti, eləcə də Azərbaycan-İtaliya əlaqələri barədə məlumat verilib.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə aid təamlar təqdim olunub.
19:07 10.11.2026
Oxunuş sayı: 85