Anthropic 1 trilyon dollarlıq dəyərləmə ilə IPO-ya hazırlaşır
“Claude” süni intellekt modelinin yaradıcısı Anthropic şirkəti ilkin kütləvi səhm təklifi (IPO) vasitəsilə 64,4 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Şirkətin IPO zamanı 1,02 trilyon dollara qədər dəyərləndirilməsi hədəflənir. Bundan əlavə, texnologiya nəhənglərinin də iştirak edəcəyi 26 milyard dollarlıq özəl səhm yerləşdirməsi nəzərdə tutulur. Beləliklə, ümumi cəlb edilə biləcək vəsaitin 90,4 milyard dollara çatacağı bildirilir.
17:04 10.11.2026
Oxunuş sayı: 81