Trampdan İrana həm sülh, həm də hərbi əməliyyat mesajı
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatması istiqamətində ciddi irəliləyiş olduğunu bildirsə də, mümkün yeni qarşıdurmaya qarşı bütün hazırlıqların davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlamasında bildirib.
Tramp hərbi əməliyyatların hazırda zəruri görünmədiyini vurğulayıb. Bununla yanaşı, Vaşinqtonun mümkün hərbi eskalasiyaya qarşı bütün variantları nəzərdən keçirdiyini və istənilən ssenariyə hazır olduğunu bildirib.
17:34 10.11.2026
Oxunuş sayı: 81