Tramp ABŞ-nin Pakistana yeni səfirini namizəd göstərib
ABŞ Prezidenti Donald Tramp Natali Beykeri ölkəsinin Pakistandakı növbəti səfiri vəzifəsinə namizəd irəli sürüb. Bu təyinat İslamabadda təxminən iki ildir boş qalan səfir postunun doldurulması prosesini başladır.
Crossmedia.az xəbər verir ki, bu barədə “PTI” agentliyi məlumat yayıb.
Hazırda ABŞ-nin İslamabaddakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra edən Beyker 2025-ci ilin yanvarından diplomatik nümayəndəliyə rəhbərlik edir. O, bu vəzifəni keçmiş səfir Donald Armin Blomun ölkədən ayrılmasından sonra icra etməyə başlayıb.
17:47 10.11.2026
Oxunuş sayı: 78