Böyük Britaniya Çin üzrə mütəxəssis diplomat çatışmazlığı yaşayır
Böyük Britaniyanın diplomatik xidmətində Çin üzrə təcrübəli mütəxəssislərin çatışmazlığı ölkənin xarici siyasət qərarlarının qəbulunu çətinləşdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bir neçə yüksək vəzifəli diplomatın vəzifədən ayrılması nəticəsində Britaniyanın Çinlə bağlı birbaşa təcrübəsi olan rəsmilərinin sayı azalıb. Rəsmilərin sözlərinə görə, bu vəziyyət ticarət, texnologiya və təhlükəsizlik sahələrində qərarların qəbuluna mənfi təsir göstərir.
17:29 10.11.2026
Oxunuş sayı: 82