Maldiv adalarına səfər edən turistlər üçün deklarasiya qaydası dəyişib
Maldiv adalarına gələn turistlərdən immiqrasiya deklarasiyasını doldurarkən elektron poçt ünvanlarını birdəfəlik kod vasitəsilə təsdiqləmək tələb olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Maldiv İmmiqrasiya Xidməti məlumat yayıb.
IMUGA deklarasiyasının doldurulması uşaqlar da daxil olmaqla, bütün xarici turistlər üçün məcburidir və ödənişsizdir. Sənəd Maldiv adalarına gəlişdən əvvəlki 96 saat ərzində təqdim edilməlidir.
21:19 10.11.2026
Oxunuş sayı: 32