Zelenskinin Putin və Trampla görüş təklifi gündəmi dəyişdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya və ABŞ liderləri ilə mümkün üçtərəfli görüş təklifinin Kiyevin atəşkəsə nail olmaq cəhdini göstərdiyi iddia edilib.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə məlumat yayıb.
Britaniyalı hərbi analitik Aleksandr Merkuris YouTube kanalında çıxışı zamanı Zelenskinin dekabrda ABŞ-də keçirilməsi planlaşdırılan G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüş keçirmək təklifini şərh edib. Onun sözlərinə görə, bu təklif Ukraynanın qarşılaşdığı problemlər fonunda atəşkəsə nail olmaq istəyindən xəbər verir.
Analitik Moskvanın mövqeyinə də diqqət çəkib. Rusiya tərəfi daha əvvəl Putinlə Zelenski arasında görüşün yekun sülh sazişinə nail olunduqdan sonra Moskvada keçirilə biləcəyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 12-də Putin və Zelenskinin G20 sammiti çərçivəsində görüşünün gözlənilmədiyini açıqlayıb. Bununla yanaşı, o, Rusiya tərəfinin Zelenski ilə Moskvada danışıqlar aparmağa hazır olduğunu təsdiqləyib.
20:55 26.09.2026
Oxunuş sayı: 34