Paşinyan Parisdə Makronla görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş Parisdəki Yelisey sarayında baş tutub.
Qeyd edək ki, Nikol Paşinyan sabah Türkiyəyə səfər edəcək.
21:36 10.11.2026
Oxunuş sayı: 27