Bayraktar: “Enerji sahəsində əlaqələrimizi uzunmüddətli tərəfdaşlıqlarla gücləndirəcəyik”
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Avropa İttifaqının (Aİ) energetika və mənzil məsələləri üzrə komissarı Dan Jorgensenlə görüşdə enerji sahəsində uzunmüddətli tərəfdaşlığın gücləndirilməsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Hibya” xəbər agentliyi məlumat yayıb.
Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində keçirilən görüşdə Türkiyənin enerji infrastrukturu, resurs və marşrut müxtəlifliyi, eləcə də artan bərpaolunan enerji potensialının Avropanın enerji təhlükəsizliyinə və rəqabət qabiliyyətinə verdiyi töhfələr müzakirə olunub.
Tərəflər, həmçinin Türkiyə üzərindən Avropaya təbii qaz tədarükünün qitənin enerji təhlükəsizliyindəki mühüm rolunu nəzərdən keçiriblər.
Görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edən Alparslan Bayraktar enerji diplomatiyasının Türkiyə-Aİ münasibətlərindəki əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, enerji sahəsində əlaqələri uzunmüddətli tərəfdaşlıqlarla gücləndirməyə və Türkiyə-Aİ münasibətlərinə konkret töhfə verəcək əməkdaşlıq imkanlarını inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.
23:08 10.11.2026
Oxunuş sayı: 42