“Sülh Şurası” İsrailin Qəzzaya yardımını yetərsiz hesab edib
ABŞ Prezidenti Donald Trampın yaratdığı “Sülh Şurası” yağışlar nəticəsində on minlərlə çadırın su altında qalmasından sonra İsraili Qəzzaya zəruri humanitar yardımların girişinə dərhal icazə verməyə çağırıb.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, qurum İsrailin gördüyü tədbirləri müsbət qarşılasa da, onların humanitar ehtiyacları qarşılamaq üçün kifayət etmədiyini bildirib.
BMT-nin məlumatına görə, Qəzza əhalisinin təxminən 1,4 milyonu çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayır. BMT rəsmiləri ərazidə sığınacaq və qış ləvazimatlarının ehtiyatının tükəndiyini açıqlayıblar.
İsrail isə son aylarda Qəzzaya 91 mindən çox çadır və qış ləvazimatları daşıyan 8200-dən artıq yük maşını göndərdiyini bildirib. HƏMAS-ın tamamilə silahsızlaşdırılmasından əvvəl yenidənqurma işlərinə başlanmayacağını da vurğulayıb.
HƏMAS İsrailin yardım materiallarının girişinə mane olduğunu iddia edib. Tərəflərin qarşılıqlı ittihamları sülh planının növbəti mərhələlərinin icrasını ləngidir.
23:24 10.11.2026
Oxunuş sayı: 44