Tramp İranın Hörmüz planına “yox” dedi
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının bir həftə ərzində kommersiya gəmiçiliyi üçün açılması ilə bağlı təklifini rədd edib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranın boğazı dərhal açmaqla bağlı razılaşma əldə etmək istədiyini bildirib. Onun sözlərinə görə, Tehran bunu ağır itkilər verdiyi üçün etməyə çalışır.
İranın xarici işlər naziri Abbas Arakçı cümə günü Nyu-Yorkda BMT-də jurnalistlərə bildirib ki, lazımi şərtlər yerinə yetirilərsə, razılaşma əldə oluna bilər. O, bu şərtlərin iki ölkə arasında iyun ayında imzalanmış anlaşma memorandumunda əksini tapdığını deyib. Reuters də Arakçının ABŞ-ə yeddi günlük plan təqdim edildiyini və şərtlər yerinə yetirilərsə, boğazın yeddi gün ərzində yenidən açılmasının mümkün olduğunu yazıb.
Hörmüz boğazından müharibədən əvvəl dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə biri keçirdi. Boğazın bağlanması enerji qiymətlərində kəskin dalğalanmalara səbəb olub.
“Onların razılaşmasını rədd edirəm”, – Tramp şənbə günü bildirib. O, ABŞ-nin artıq boğaz üzərində “tam nəzarətə” malik olduğunu və buradan böyük həcmdə neft keçdiyini iddia edib.
Tramp İranın razılaşma əldə etmək istədiyini və özü də razılaşmaların tərəfdarı olduğunu deyib. Lakin o, Tehranın təklif etdiyi şərtlərin ABŞ üçün qəbulolunmaz olduğunu bildirib.
21:35 26.09.2026
Oxunuş sayı: 43