Cənubi Koreyada 33 avtomobil toqquşub: 48 yaralı
Cənubi Koreyada avtobusun iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində 33 nəqliyyat vasitəsi toqquşub, 48 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Yonhap” xəbər agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, 60 yaşlı avtobus sürücüsü əyləc sisteminin sıradan çıxdığını bildirib.
İdarəetmədən çıxan avtobus yolayrıcında işıqforun qarşısında dayanmış avtomobillərə çırpılıb, daha sonra hərəkət zolaqlarını ayıran maneəyə dəyib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
15:37 11.11.2026
Oxunuş sayı: 45