Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb
Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər - Astara rayonu Kijəbə qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tosif Nəcibulla oğlu Salayev, Astara rayon sakini Elşən Qəyanəli oğlu Həkimov (1977), Astara rayonunun Ağ Körpü kənd sakini Hicran Qədəməd oğlu Abdullayev (1985) və Astara rayonunun Pəlikeş kənd sakini Əsmət Hacırza qızı İbayeva noyabrın 11-i saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
12:18
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
Crossmedia.az xəbər verir ki,, hadisə rayonun Deqədi kəndində baş verib.
Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
15:35 11.11.2026
Oxunuş sayı: 33