Trampın Baydenə yazdığı məktub üzə çıxıb
ABŞ-nin sabiq Prezidenti Co Bayden Donald Trampın 2021-ci ildə Ağ Evi tərk edərkən ona yazdığı məktubun gözlənilmədən səmimi və mehriban üslubda olmasına təəccübləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, Tramp məktubunda Baydeni tənqid etməyib və 2020-ci il prezident seçkilərinin nəticələrini mübahisələndirməyə çalışmayıb. Əksinə, ona uğurlar arzulayıb və Amerika xalqına sədaqətli qalacağına inandığını ifadə edib.
Məktub 2021-ci il yanvarın 20-də, Baydenin prezident vəzifəsinin icrasına başladığı gün Ağ Evdə qoyulub.
Bayden xatirələrində məktubun məzmununun Trampın ictimaiyyət qarşısındakı siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil etdiyini qeyd edib.
Sabiq prezident yazıb ki, məktubu oxuyarkən sanki “iki fərqli Donald Trampın mövcud olduğu” təəssüratına qapılıb.
Onun sözlərinə görə, Trampın məktubundakı səmimi ifadələr köhnə dostunun təbrikini xatırladırdı.
Qeyd edək ki, Baydenin “Promise Me, America” adlı xatirələr kitabının noyabrın 17-də satışa çıxarılması planlaşdırılır.
13:23 11.11.2026
Oxunuş sayı: 37