Rusiya Ukraynanın üç elektrik yarımstansiyasına zərbə endirib
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk və Odessa vilayətlərində yerləşən üç elektrik yarımstansiyasına zərbələr endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, noyabrın 11-nə keçən gecə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində 330 kilovoltluq elektrik yarımstansiyası vurulub.
Bundan əlavə, Odessa vilayətinin Mayaki və Usatovo yaşayış məntəqələrində yerləşən 110 və 330 kilovoltluq iki elektrik yarımstansiyasına da zərbələr endirildiyi iddia olunur.
Rusiya tərəfinin açıqlamasında obyektlərə dəymiş ziyanın miqyası və mümkün itkilər barədə məlumat verilməyib.
14:27 11.11.2026
Oxunuş sayı: 42