Tusk: Regionun ən böyük ordusunu qururuq
Polşanın Baş naziri Donald Tusk ölkəsinin xarici təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirdiyini və regionun ən böyük ordusunu formalaşdırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Tusk bu barədə açıqlamasında danışıb.
Baş nazir Polşanın həm iqtisadi, həm də hərbi baxımdan gücləndiyini vurğulayıb.
“Biz xarici düşmənin və xarici təhlükənin öhdəsindən gələ biləcəyik. Bu gün dünyanın 20-ci ən böyük iqtisadiyyatına sahibik”, – deyə o bildirib.
Tusk ölkəsinin Baltik dənizi regionunda artan roluna da diqqət çəkib.
“Bu gün Baltik dənizi Polşa dənizinə çevrilir. Biz regionun ən böyük ordusunu qururuq”, – deyə Baş nazir qeyd edib.
O, hərbi potensialın artırılmasının başqa ölkələrə hücum məqsədi daşımadığını xüsusi vurğulayıb.
“Bunu kiməsə hücum etmək üçün deyil, təhlükəsiz Polşa evini müdafiə etmək üçün edirik”, – deyə Tusk əlavə edib.
16:34 11.11.2026
Oxunuş sayı: 34