Zelenski: Kaş Ukrayna Danimarka ilə qonşu olaydı
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanı etibarlı qonşu ölkə kimi qiymətləndirərək Ukraynanın Rusiya ilə həmsərhəd olmasından təəssüfləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
Ukrayna lideri Danimarka ilə ölkəsi arasındakı münasibətlərə toxunaraq qonşuluq məsələsini müqayisə edib.
“Bu gün təəssüflənə biləcəyimiz bir məsələ var: Ukrayna ilə Danimarkanın ortaq sərhədinin olmaması. Sizin qonşularınız bizimkindən qat-qat yaxşıdır. Axı bizim qonşumuz Rusiyadır”, – deyə Zelenski bildirib.
O, Danimarka kimi ölkə ilə qonşu olmağın hazırda bir çox dövlətin arzusu olduğunu vurğulayıb.
“Danimarka kimi qonşuya sahib olmaq indi hər bir ölkənin arzulayacağı bir şeydir”, – deyə Ukrayna Prezidenti əlavə edib.
16:26 11.11.2026
Oxunuş sayı: 31