Azərbaycan boksçusu Olimpiya Oyunlarında finala yüksəlib
Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
O, yarımfinalda Mehrin Xana (Kanada) 5:0 (30:26, 30:26, 30:26, 30:25, 30:27) hesabı ilə qalib gəlib.
Avropa çempionu finalda Qrenyellis Qarsiya (Venesuela) ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, döyüş noyabrın 12-də keçiriləcək.
16:48 11.11.2026
Oxunuş sayı: 39