Çin BMT-də Fələstin məsələsi ilə bağlı mövqeyini açıqladı
Çin Fələstin məsələsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinə tərəfdar olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Bunu Çinin sədr müavini Han Çjen BMT Baş Assambleyasının 81-ci sessiyasının Nyu-Yorkda keçirilən ümumi siyasi müzakirələri zamanı bildirib.
Han Çjen Fələstin məsələsinin həlli prosesinin “iki dövlət” planının həyata keçirilməsini nəzərdə tutan istiqamətə mümkün qədər tez qaytarılmasının vacibliyini vurğulayıb.
BMT-nin baş katibi Antonio Quterreş də sentyabrın 22-də keçirilən yüksək səviyyəli görüşdə İsrail və Fələstinin 1967-ci il sərhədləri əsasında iki müstəqil dövlət kimi yanaşı yaşamasını nəzərdə tutan həll yolunu dəstəklədiyini bildirib.
18:30 26.09.2026
Oxunuş sayı: 33