Tramp Zelenskini Rusiya ilə razılaşmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşması əldə etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Tramp jurnalistlərə bildirib ki, Zelenski ilə bir sıra məsələlərdə razılığa gəlib, lakin ondan əsas gözləntisinin Rusiya ilə razılaşma əldə etmək olduğunu deyib.
“Zelenskinin bundan sonra nə etməsini istəyirəm? Razılaşma əldə etsin”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməsini istədiyini vurğulayıb.
Bundan əvvəl Putin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qərarın Moskvanın öz maraqları əsasında veriləcəyini bildirib. O, həmçinin Ukrayna tərəfinin sülh nizamlanması üzrə danışıqların davam etdirilməsini təklif etdiyini, lakin sonradan sentyabrın 20-də Rusiyadakı seçki məntəqələrinə zərbələr endirildiyini iddia edib.
19:07 26.09.2026
Oxunuş sayı: 38