Pakistanda partlayış baş verib, ölən və yaralananlar var
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində baş verən partlayış nəticəsində azı 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Hadisə Dera İsmayıl Xan rayonunda baş verib. Partlayışın səbəbləri və digər təfərrüatlar barədə hələlik əlavə məlumat verilməyib.
19:56 26.09.2026
Oxunuş sayı: 36