Rusiyadan Qərbin Ukrayna siyasətinə qarşı yeni ittiham səsləndirildi
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Kiyevə Rusiya ərazisində mülki əhali və infrastruktura qarşı PUA və raketlərdən istifadə etməyə kömək etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Lavrov bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı danışıb.
Lavrovun sözlərinə görə, Qərb Ukraynaya silah tədarükünü artırır və Kiyevə PUA və raketlərin Rusiya ərazisindəki mülki əhali və infrastruktur obyektlərinə yönəldilməsində yardım göstərir.
Rusiya XİN rəhbəri bu iddiaları BMT Baş Assambleyasındakı çıxışı zamanı səsləndirib.
20:33 26.09.2026
Oxunuş sayı: 34