BMT-yə ilk dəfə qadın rəhbərlik edə bilər
Kosta-Rikalı diplomat Rebekka Qrinspan BMT-nin baş katibi vəzifəsinə əsas namizədlərdən birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasında keçirilən qeyri-rəsmi sorğuda Qrinspan 10 “dəstəkləyici” səs alıb. Dörd nümayəndə onun namizədliyi ilə bağlı mövqeyinin olmadığını bildirib, bir nümayəndə isə namizədliyə qarşı çıxıb.
Hazırda Qrinspan BMT-nin Ticarət və İnkişaf Konfransına (UNCTAD) rəhbərlik edir. O, daha əvvəl Kosta-Rikanın vitse-prezidenti olub və bir sıra beynəlxalq vəzifələrdə çalışıb.
BMT-nin hazırkı baş katibi Antonio Quterreş 2026-cı ilin sonunda vəzifəsini tərk etməlidir. Təşkilatın baş katibi vəzifəsinə ümumilikdə yeddi namizəd iddia edir.
17:56 10.08.2026
Oxunuş sayı: 46