Papa nümayəndəsi Moskvaya gedir: Zuppi Ukrayna məsələsini müzakirə edəcək
Roma Papasının Ukrayna üzrə xüsusi nümayəndəsi, kardinal Matteo Zuppi sentyabrın 28-30-da Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Ukrayna münaqişəsi ilə bağlı humanitar məsələlərin müzakirəsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, kardinal Zuppi səfər zamanı Rusiya rəsmiləri ilə görüşərək tərəflərin üzləşdiyi müəyyən çətinliklərin necə aradan qaldırıla biləcəyini müzakirə etməyə ümid etdiyini bildirib.
Zuppi həmçinin Vatikanın xarici əlaqələr üzrə məsul şəxsi arxiyepiskop Pol Qallagerin Rusiyaya səfərinin beynəlxalq ictimaiyyət üçün bir istiqamət göstəricisi olduğunu və danışıqlar prosesinin başlanmasına töhfə verə biləcəyini deyib.
Vatikan Zuppinin missiyasını əsasən humanitar məsələlər, o cümlədən müharibə ilə bağlı problemlərin həlli və dialoq imkanlarının dəstəklənməsi çərçivəsində təqdim edir.
20:58 27.09.2026
Oxunuş sayı: 44