Azərbaycan və Hindistan holdinqi nəqliyyat və enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Hindistanın "Hinduja Group" şirkətlər qrupu sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Hindistanın "Hinduja Group" şirkətlər qrupuna daxil olan "Gulf Oil International" şirkətinin sədri Sanjay Hinduja və "Ashok Leyland" şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüş keçirdik. Görüşdə sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. Texnologiya transferi, nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması üzrə işbirliyi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi məsələlərini dəyərləndirdik",-deyə nazir qeyd edib.
11:00 12.11.2026
Oxunuş sayı: 25