Bu pəhriz bud sümüyü sınığı riskini azalda bilər
Aralıq dənizi pəhrizinə əməl etmək bud sümüyünün boyun hissəsinin sınığı riskinin azalması ilə əlaqələndirilib. Qərb tipli qidalanmanın isə sümük sağlamlığına mənfi təsir göstərə biləcəyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu nəticəyə alimlər əvvəlki elmi araşdırmaların nəticələrini təhlil etdikdən sonra gəliblər. İcmal “Food & Function” jurnalında dərc olunub.
Tədqiqatçılar Qərb, Aralıq dənizi və vegetarian qidalanma modellərinin sümük toxumasına təsirini araşdırıblar. Bu zaman yalnız qida məhsullarının tərkibinə deyil, onların emal üsulunun və strukturunun faydalı maddələrin mənimsənilməsinə təsirinə də diqqət yetirilib.
Araşdırma göstərib ki, Aralıq dənizi pəhrizi daha çox bud sümüyünün boyun hissəsinin sınığı riskinin azalması ilə əlaqəlidir. Lakin onun sümük mineral sıxlığını artırmasına dair nəticələr eyni dərəcədə aydın olmayıb. Qərb tipli qidalanma isə əksər araşdırmalarda sümük sağlamlığı baxımından daha əlverişsiz nəticələrlə əlaqələndirilib.
Vegetarian qidalanma ilə bağlı nəticələr isə birmənalı olmayıb. Bəzi araşdırmalarda veganlarda bud sümüyünün boyun hissəsinin sınığı riskinin daha yüksək olduğu müşahidə edilsə də, alimlər bu nəticələrin etibarlılığının çox aşağı olduğunu vurğulayıblar.
Tədqiqat müəllifləri sümük sağlamlığına yalnız qidadakı faydalı maddələrin miqdarının deyil, orqanizmin onları mənimsəmə qabiliyyətinin də təsir etdiyini bildiriblər. Bu proses yaş, həzm sisteminin vəziyyəti, böyrəklərin fəaliyyəti və digər fərdi amillərdən asılıdır.
07:22 12.11.2026
Oxunuş sayı: 21