İkiotaqlı mənzili cəmi 2 manat 89 qəpiyə aldı
Çində keçirilən böyük endirim kampaniyası zamanı bir nəfər iki yataq otağı olan mənzili cəmi 2 manat 89 qəpiyə (1,7 dollar) əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 68 kvadratmetr sahəsi olan mənzil Heyluntszyan əyalətində, yaşayış binasının yeddinci mərtəbəsində yerləşir. Alıcı mənzilə köçməyi planlaşdırmadığını, ondan qış səfərləri zamanı qalmaq üçün istifadə edəcəyini bildirib. Mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün isə təxminən 510 manat (300 dollar) vergi ödəməli olacaq.
Qeyd edək ki, bu tip mənzillərin bazar dəyəri təxminən 40 min yuan, yəni 5,6 min dollar civarındadır. Hüquqşünas isə xəbərdarlıq edib ki, həddindən artıq ucuz mənzillərin mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənlik və ya ödənilməmiş vergilər kimi gizli problemləri ola bilər.
23:14 11.11.2026
Oxunuş sayı: 37