Medinskidən Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən danışıqlardan sonra sülhə daha da yaxınlaşıb. Lakin razılaşmanın əldə olunması prosesin bütün iştirakçılarının mövqeyindən asılıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.
Sülhə yaxınlaşmanın mümkün olub-olmadığı ilə bağlı suala cavab verən Medinski bunun mümkün olduğunu deyib. O, nəticənin Ukraynadan, ABŞ-nin mövqeyindən və Avropanın yanaşmasından asılı olacağını vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Görüşlərdə tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Mübadilənin konkret şərtlərinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.
Danışıqlarda Avropanın təhlükəsizlik sistemi və müharibədən sonrakı dövrün perspektivləri də müzakirə olunub.
Dəniz Pənahova
20:22 11.11.2026
Oxunuş sayı: 43