Husilərin Ər-Riyada atdığı 3 qanadlı raket məhv edildi
Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yönəltdiyi üç qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
O, ABŞ-nin X sosial şəbəkəsindəki hesabında husilərin Ər-Riyad bölgəsini hədəf aldığını bildirib.
“İranın dəstəklədiyi husilər tərəfindən Ər-Riyada atılan üç qanadlı raket hava hücumundan müdafiə sistemləri vasitəsilə qarşısı alınaraq məhv edilib”, – deyə əl-Maliki qeyd edib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin sentyabrında husilərin paytaxt Səna və bir sıra əyalətlərə nəzarəti ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətini dəstəkləyir.
Son dövrlərdə Yəmən hökumət qüvvələri ilə husilər arasında toqquşmaların intensivliyi artıb. İranın dəstəklədiyi husilər isə hücumlara məruz qaldıqlarını əsas gətirərək Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.
Dəniz Pənahova
18:58 11.11.2026
Oxunuş sayı: 48